"Selector PRO" musiqi forumu

23-24 fevral, 2017-ci il il tarixlərində Bakıda YARAT Müasir İncəsənət mərkəzində British Council və ASAN radio ilə əməkdaşlıq şəraitində "Selector PRO" adlı iki günlük beynəlxalq musiqi forumu keçirilmişdir. Forumda “Azərbaycan Müəllifləri” İB-nin sədri cənab İsmayıl Məmmədkərimov “Azərbaycanda müəlliflik hüququ və əqli mülkiyyət” mövzusunda geniş təqdimatla çıxış etmişdir.