Missiya

 "Azərbaycan Müəllifləri" İB-yi fəaliyyətində "Azərbaycan Respublikasının "Müəlliflik hüquqları və əlaqəli hüquqlar haqqında" Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarlarına, həmçinin Azərbaycan Respublikası tərəfındən ratifıkasiya edilmiş "Bern Konvensiyasına və Müəllif Hüquqları üzrə "Ümumdünya Konvensiyasına (Cenevrə Konvensiyası) istinad edir və müəllif-hüquq qanunvericiliyinə uyğun olaraq 2004-cü ildən etibarən müəlliflərin əmlak hüquqlannın qorunması və kollekliv əsaslarla idarə edilməsi sahəsində fəaliyyət göstərir.

            "Azərbaycan Müəllifləri" fəaliyyət növlərinə Müəlliflik hüququnun obyekti olan müəllif əsərlərinin ( "Azərbaycan Respublikasının "Müəlliflik hüquqlan və əlaqəli hüquqlar haqqmda" Qanunu maddə 6) və onların müəllifiərinin əmlak (iqtisadi) hüquqların idarəçiliyi ("Azərbaycan Respublikasımn "Müəlliflik hüquqları və əlaqəli hüquqlar haqqında" Qanunu, maddə 15 ) daxildir.

            Azərbaycan müəllifiərinin və digər hüquq sahiblərinin əsərlərinin və digər əqli mülkiyyət obyektlərinin xaricdə istifadəsi zamanı olan hüquqlarının qorunması və xarici müəlliflərin əsərlərindən Azərbaycan Respublikasında istifadə olunarkən qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı tədbirlər görür;

            Azərbaycan müəlliflərinə, Azərbaycanın müəllif və əlaqəli hüquqlarla əlaqəli olan dövlət qurumlarına, şirkətlərə, müəssisələrə və digər hüquq sahiblərinə hüquqi yardım göstərir;

            Azərbaycan müəlliflərinin əsərlərinin reyestrinin yaradır; Azərbaycan müəllif əsərlərindən xaricdə istifadə olunarkən qanun pozuntularınm aşkar edildiyi hallarda bunun qarşısının alınması üçün öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatlar, həmin ölkədə fəaliyyət göstərən birliklər qarşısında məsələ qaldırır, digər zəruri tədbirləri görür;

            Pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquq sahiblərinin təşəbbüsü ilə və digər zəruri hallarda müvafiq məhkəmələrdə iddia qaldırır və hüquq sahiblərinin mənafelərini müdafıə edir, müəllif-hüquq pozuntuları ilə mübarizə üçün məhkəmə və digər müvafiq orqanların sorğulan əsasında qanunvericilikdə nəzərdə tutulan qaydada ekspert rəyləri hazırlayır, məhkəmədə və digər səlahiyyətli orqanlar tərəfındən keçirilən tədbirlərdə ekspert və nümayəndə qismində iştirak edir, müəllif-hüquq sahəsində qanun pozuntulan ilə əlaqədar işlərin uçotunu və təhlilini apanr, toplanmış məlumatlan sistemləşdirir;

            Digər dövlətlərin hüquqi və fıziki şəxslərinin Azərbaycan Respublikasımn hüdudlarından kənarda Azərbaycan müəllif əsərlərindən kommersiya məqsədi ilə istifadəsinə icazə verir;

            Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericilik barəsində hüquqi maarifləndirmə işi aparır, beynəlxalq və milli seminarlar, disputlar və simpoziumlar keçirir, müəlliflərə və digər hüquq sahiblərinə, onlann varislərinə pozulmuş hüquqlann bərpası ilə bağlı hüquqi məsləhətlər verir;

Azərbaycan Müəllifləri İctimai Birliyi  dünyanın 93 ölkəsinin müəllif hüquq sahəsində çalışan təşkilatları ilə  hüquqların kollektiv əsasda idarə olunması, maraqların qarşılıqlı təmsilçiliyi və qarşılıqlı yardım göstərilməsi sahəsində 163 müqavilələr imzalamışdır.

            2008-ci ildən etibarən Azərbaycan Müəllifləri İctimai Birliyi Ümumdünya Bəstəkar və Müəllif Təşkilatlan Beynəlxalq Konfederasiyasının ( CISAC ) - ın müvəqqəti üzv statusu ilə qəbul olunmuşdur. 2014-cü ildən "Azərbaycan Müəllifləri" İB-yi Ümumdünya Bəstəkar və Müəllif Təşkilatlan Beynəlxalq Konfederasiyasının tam hüquqlu üzvüdür.

            2014-cü ildən Reproqrafik Hüquqlan Təşkilatlanmn Beynəlxalq Federasiyasının (İFRRO) - nun üzvüdür.