Müasir Akademik Musiqiyə həsr olunmuş konfrans keçirildi

Dekabrın 3, 2016 ci il tarixində “Azərbaycan Müəllifləri” İB-nin təşkilatçılığı ilə Xəzər Universitetinin Mərmər salonunda (“Neftçilər” kampusun) “Türk ölkələrində müasir akademik musiqi: inkişafı və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda “Azərbaycan Müəllifləri” İB-nin sədri cənab İsmayıl Məmmədkərimov “Türkdilli ölkələrdə Müəlliflik hüququ: nailiyyətlər və perspektivlər” mövzusunda geniş təqdimatla çıxış etmişdir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan Respublikalarının bəstəkar və musiqişünaslarının iştirakı ilə keçirilən tədbirdə TÜRKSOY-un sədri cənab Dusen Kasseinov, Xəzər Universitetinin təsisçisi cənab Qamlet İsaxanlı və və digər qonaqlar məruzə ilə çıxış etmişdilər.