Haqqımızda

  •  “Azərbaycan Müəllifləri” Birliyi 2004-cü ildən  Azərbaycan Respublikasının müəllif-hüquq qanunvericiliyinə uyğun olaraq 2004-cü ildən etibarən müəlliflərin  hüquqlarının qorunması və təmsilçiliyi sahəsində fəaliyyət göstərir. Birliyin əsas məqsədləri:

  • Azərbaycan milli mədəniyyətin tərkib hissəsi olan, müəlliflərin və onların yaratdığı əsərlərin qorunmasına və yüksək bədii səviyyədə ümumdünya inkişafına şərait yaradılması;
  • Müəllif hüquqların kollektiv idarəçiliyini həyata keçirmək yolu ilə, müsiqi, ədəbiyyat, təsviri incəsənət və digər sahələrdə yaradan Azərbaycan Müəlliflərinin hüquqlarının hüququ müdafiəsini təmin edən effektif sistemin formalaşması ilə müəlliflərin kollektiv maraqlarına və sosial müdafiəsinə nail olmaq;
  • Azərbaycan müəlliflərinin əsərlərinin reyestrini yaradır; Azərbaycan müəllif əsərlərindən xaricdə istifadə olunarkən qanun pozuntularınm aşkar edildiyi hallarda bunun qarşısının alınması üçün öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırır, digər zəruri tədbirləri görür;
  • Azərbaycan müəllifiərinin və digər hüquq sahiblərinin əsərlərinin və digər əqli mülkiyyət obyektlərinin xaricdə istifadəsi zamanı onlann hüquqlannın qorunması və xarici müəlliflərin əsərlərindən Azərbaycan Respublikasında istifadə olunarkən qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı tədbirlər görür;
  • Azərbaycan müəlliflərinə, Azərbaycanın müəllif və əlaqəli hüquqlarla əlaqəli olan dövlət qurumlarına, şirkətlərə, müəssisələrə və digər hüquq sahiblərinə hüquqi yardım göstərır;
  • Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericilik barəsində hüquqi maarifləndirmə işi aparır, beynəlxalq və milli seminarlar, disputlar və simpoziumlar keçirir, müəlliflərə və digər hüquq sahiblərinə, onlann varislərinə pozulmuş hüquqlann bərpası ilə bağlı hüquqi məsləhətlər verir;
  • Pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquq sahiblərinin təşəbbüsü ilə və digər zəruri hallarda müvafiq məhkəmələrdə iddia qaldırır və hüquq sahiblərinin mənafelərini müdafıə edir, müəllif-hüquq pozuntuları ilə mübarizə üçün məhkəmə və digər müvafiq orqanların sorğuları əsasında qanunvericilikdə nəzərdə tutulan qaydada ekspert rəyləri hazırlayır, məhkəmədə və digər səlahiyyətli orqanlar tərəfındən keçirilən tədbirlərdə ekspert və nümayəndə qismində iştirak edir, müəllif-hüquq sahəsində qanun pozuntuları ilə əlaqədar işlərin uçotunu və təhlilini aparır, toplanmış məlumatları sistemləşdirir;

Azərbaycan Müəllifləri İctimai Birliyi  dünyanın 93 ölkəsinin müəllif hüquq sahəsində çalışan təşkilatları ilə  hüquqların kollektiv əsasda idarə olunması, maraqların qarşılıqlı təmsilçiliyi və qarşılıqlı yardım göstərilməsi sahəsində 163 müqavilələr imzalamışdır. O cümlədən dünyanin ən böyük və nüfuzlu təşkilatları ilə - ASCAP, BMİ, VAGA (ABŞ),  GEMA, VG Bild Kunst (Almaniya), Mesam, Yaybir, TBUM (Türkiyə), SGAE (İspaniya), JASPAR, JASRAC (Yaponiya), STEF, ALCS (İngiltərə),  SACD, SACEM (Fransa),  ABRAMUS (Braziliya),  SAMRO (Cənubi Afrika),  SADAIC (Argentina), RAO, VOİS (Rusiya) və digərləri ilə.

2008-ci ildən etibarən Birlik Ümumdünya Bəstəkarlar və Müəllif Təşkilatları Beynəlxalq Konfederasiyasının (CISAC) üzvüdür.

2014-cü ildən etibarən Reproqrafik Hüquqlan Təşkilatlanmn Beynəlxalq Federasiyasının (İFRRO) - nun üzvüdür.