Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi

2 iyun, 2017-ci il tarixində, Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub. Açılış mərasiminə toplaşan qonaqları salamlayan Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva dörd ildir fəaliyyət göstərən bu qurumun uğurlu irimiqyaslı layihələr həyata keçirdiyini bildirdi. “Əminəm ki, biz gələcək uğurlarımızı, nailiyyətlərimizi qeyd etmək üçün bir daha bu gözəl binada görüşəcəyik”, - deyə Bakı Media Mərkəzinin prezidenti vurğuladı. Açılış mərasimində “Azərbaycan Müəllifləri” İB-nin sədri cənab İsmayıl Məmmədkərimov iştirak etmişdir.